Bundesver: Almaniya 5 il m üddətindəmüharibəyə hazır olmalıdır

Boris Pistorius 2029-cu ilə qədər Almaniyanın hərbi potensialını gücləndirməyə çağırıb...

Almaniyanın müdafiə naziri Boris Pistorus ölkəsinin 2029-cu ilə qədər müharibəyə hazırlaşmalı olduğunu deyib.

Poliqon xəbər verir ki, nazir bu barədə “Der Spiegel” nəşrinə danışıb. Pistorius göstərdiyi müddətləri Rusiyanın Ukraynadakı hərəkətlərinin gözlənilən nəticələri ilə əlaqələndirib.

“Bizim müdafiəmizi laqeyd qoymağa haqqımız yoxdur. Biz 2029-cu ilə qədər hadisələrin ən pis ssenariyə çevrilməsinin qarşısını almaq üçün müdafiəyə hazır olmalıyıq”, deyə nazir bildirib.

Bunun üçün Pistorius üç əsas istiqamətdə inkişaı müəyyənləşdirib. Bunlara texnologiya, maliyyə və kadr potensialı aiddir. Xüsusilə, Almaniya müdafiə naziri 2025-ci ildə müdafiə büdcəsinin 7 milyard avro artırılmasının vacibliyini açıqlayıb.

Pistorius hərbi xidmətin mümkün islahatına da toxunub. Mətbuatın aydınlaşdırıcı suallarına cavab olaraq nazir qeyd edib ki, onun hazırladığı model Almaniyada ümummilli hərbi çağırışın qismən qaytarılmasını nəzərdə tutur.

Poliqon.info