Putin: Rusiya üçün “Taliban”la əlaqələr qurmaq vacibdir

Rusiya prezidenti Vladimir Putin xarici xəbər agentliklərinin nümayəndələri ilə görüşündə “Taliban”la münasibətlərin yaxşılaşdırılmasının zəruriliyindən danışıb...

Poliqon xəbər verir ki, Putin bu əlaqələri Əfqanıstanda sabitlik və sülh Özbəkistan və Rusiya üçün vacib olduğunu vurğulayıb. Rusiya prezidenti əlavə edib ki, eyni zamanda, BMT-nin bütün razılaşmalarına hələ də nail olmaq lazımdır.

Qeyd edək ki, “Taliban” hərakatı Rusiyada terror təşkilatı olaraq qadağan olunub.

“Biz həmişə ondan çıxış etmişik ki, reallıqdan irəli getməliyik. “Taliban” Əfqanıstanda hakimiyyətə nəzarət edir. Bu üzdən biz “Taliban” hökuməti ilə əlaqələr qurmalıyıq”, deyə Putin bildirib.

Rusiya prezidenti həmçinin Özbəkistanın təhlükəsizliyini və logistikasını təmin etmək üçün Əfqanıstanla münasibətlərin saxlanmasının vacib olduğunu izah edib. Putin bu yaxınlarda Daşkəndə səfəri zamanı bu məsələləri ölkə prezidenti Şavkat Mirziyoyevlə müzakirə etdiyini qeyd edib.

Poliqon.info