AVRO-2024-də iştirak edəcək yığmalar yoldaşlıq görüşləri keçirib

Almaniyada təşkil olunacaq futbol üzrə Avropa çempionatının iştirakçı ölkələrindən bir neçəsi yoldaşlıq görüşü keçirib...

"Report" xəbər verir ki, AVRO-2024-də C qrupunda yer alan Danimarka yığması İsveçlə ilə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.

E qrupunun iştirakçısı Slovakiya isə San Marino millisi ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qalibiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Danimarka yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün C qrupunda Sloveniya, İngiltərə və Serbiya milliləri ilə üz-üzə gələcək. Slovakiya seçməsi isə E qrupunda Rumıniya, Belçika və Ukrayna komandaları qarşılaşacaq.

Poliqon.info