Macarıstan parlamentinin sədri Azərbaycana səfər edəcək

Macarıstan Milli Assambleyasının sədri Laslo Köver Azərbaycana səfər edəcək...

"Report"un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, ötən il Azərbaycan parlamentinin sədri Sahibə Qafarova Macarıstana səfər edib: "Macarıstan parlamentinin sədrinin Azərbaycana həmkarı tərəfindən dəvəti var. Yaxın zamanda bu səfərin həyata keçirilməsini alqışlayırıq. Parlament səviyyəsində münasibətlər yüksək səviyyədədir".

Poliqon.info