ABŞ-ın Livandakı səfirliyinə kim hücum edib?

ABŞ-ın Beyrutdakı səfirliyinə İŞİD terror qruplaşması ilə əlaqəli 4 silahlı hücum edib...

Poliqon "Sky News Arabia"ya istinadən xəbər verir ki, bunu Livan təhlükəsizlik qüvvələri aşkarlayıb.

Amerika diplomatik missiyasına hücum barədə daha əvvəl "Reuters" xəbər vermişdi.

"Sky News Arabia" telekanalının məlumatına görə, yaraqlılardan biri terrorçuları Beyrutun ətrafı Avkar qəsəbəsinə çatdıran pikap maşını idarə edib. Digəri isə diplomatik nümayəndəliyin ərazisinə atəş açması nəticəsində məhv edilib.

Daha bir terrorçu yaralanaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb, bundan sonra o, müalicə üçün xəstəxanaya aparılıb.

Ehtimal olunur ki, bir terrorçu hadisə yerindən qaçıb. Livan hərbçiləri ABŞ səfirliyinin ərazisini mühasirəyə alıb və Avkarda yaraqlını axtarır. Tripolinin şimal magistralında avtomobillər yoxlanılır.

Son aylarda ABŞ-ın Yaxın Şərqdəki səfirlikləri dəfələrlə hücuma və ya təxribata məruz qalıb. Xüsusilə, 2023-cü il dekabrın 8-də İraqın paytaxtı Bağdadda xüsusi mühafizə olunan yaşıl zonada yerləşən Amerika səfirliyinin yaxınlığındakı ərazi raket atəşinə tutulub.

Sentyabrın 20-də Amerikanın Livandakı diplomatik nümayəndəliyi yaxınlığında atışma olub. Daha sonra Vaşinqton Amerika vətəndaşlarına Livana səfər etməməyi tövsiyə edib və ABŞ-ın Beyrutdakı səfirliyinin bəzi əməkdaşlarına ölkəni tərk etməyə icazə verib.

Poliqon.info