Aİ müdafiə üzrə Avropa komissarı vəzifəsinə namizədin adını açıqlayıb

Polşanın xarici işlər naziri Sikorski Avropanın müdafiə üzrə komissarı təyin oluna bilər...

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen yenidən seçiləcəyi təqdirdə Avropa İttifaqının (Aİ) müdafiə üzrə komissarı postunu yaradacaq və Polşanın xarici işlər naziri Radoslav Sikorskini bu vəzifəyə təyin edə bilər.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

“Avropa Komissiyasının sədri Ursula von der Leyen bazar günü keçirilən seçkilərdən sonra Aİ icra hakimiyyətinin başçısı postunda ikinci müddətə qalib gələrsə, Avropa İttifaqının müdafiə üzrə komissarı postunu yaradacağını bildirib”, deyə nəşr iddia edir.

Nəşrin yazdığına görə, bu bəyanat səs-küyə səbəb olub. Politico ilə söhbətində Latviyanın müdafiə naziri Andris Spruds bildirib ki, Sikorskinin bu vəzifəyə təyin edilməsi “məntiqlidir”, çünki onun ölkəsi təhlükənin gəldiyi Rusiya ilə həmsərhəddir. Sprudes qeyd edib ki, Rusiyaya yaxın ölkələr bu posta çoxlu mükəmməl namizədlər təqdim edə bilər.

Sikorski ilə yanaşı, Aİ diplomatik dairələri bu posta Estoniyanın baş naziri Kaja Kallasın, Rumıniya prezidenti Klaus İohannisin və Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin də namizədliklərini nəzərdən keçirir.

Qeyd edək ki, Aİ-nin Avropa müdafiə komissarı postunu yarada biləcəyi faktı hələ fevral ayında məlum olub.

Poliqon.info