Partlayış nəticəsində İsrail hərbiçiləri xəsarət alıblar

Hərbi bazada baş verən partlayış nəticəsində İsrail hərbçiləri yaralanıb...

İsrail ordusu: İsraildə bazada baş verən partlayış nəticəsində təxminən 9 əsgər yaralanıb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) ölkənin cənubundakı hərbi bazasında mərmi partlaması nəticəsində 9-a yaxın əsgər yaralanıb.

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə iyunun 4-də baş verib. İki nəfər ağır, iki hərbçi orta, beş nəfər isə yüngül xəsarət alıb.

Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı əlavə məlumat verilməyib.

Poliqon.info