Modi: Hindistan hökuməti silahlanmaya xüsusi diqqət yetirəcək...

Üçüncü dəfə Nazirlər Kabinetinə rəhbərlik edəcək siyasətçinin sözlərinə görə, onun yeni höküməti Hindistan tarixində “yeni səhifə” yazacaq...

Poliqon xəbər verir ki, Hindistanın baş nazir Narendra Modi, seçkilərdə qalib gələn Milli Demokratik Alyansın (NDA) quracağı yeni hökumətin müdafiə təyinatlı məhsulların inkişafına, elektronika və yarımkeçiricilərin istehsalına xüsusi diqqət yetirəcəyini bildirib.

“Milli Demokratik Alyans üçüncü dəfə Hindistan hökumətini formalaşdıracaq”, baş nazir partiyasının fəalları qarşısında çıxışı zamanı deyib.

Modi deyib ki, Hindistan ölkə tarixində “yeni səhifə” yazacaq. O, yeni hökumətin milli müdafiə istehsalının inkişafına xüsusi diqqət yetirəcəyini də vurğulayıb.

Həmçinin Modi ardıcıl üçüncü dəfə Milli Demokratik Alyansı dəstəklədiklərinə görə həmvətənlərinə təşəkkür edib. Xatırladaq ki, Modi koalisiyanın aparıcı qüvvəsi olan Hindistan Xalq Partiyasını (Bharatiya Janata Partiyası) təmsil edir.

Son məlumatlara görə, qalib gələn alyans ümumilikdə 543 deputatın təmsil olunduğu parlamentin aşağı palatasında təxminən 290 yerə arxalana bilər. Modinin özü ardıcıl üçüncü dəfə ölkə hökumətinə başçılıq edə biləcək.

Keçən ilin avqustunda BRİKS Biznes Forumunda çıxış edən Modi bildirib ki, Hindistan 2047-ci ilə qədər inkişaf etmiş ölkə olmaq niyyətindədir və bu, ölkənin müstəqilliyinin 100-cü ildönümünü qeyd edəcək.

Poliqon.info