Su-30MKI qırıcı təyyarəsi Hindistanda sınaq uçuşu zamanı qəzaya uğrayıb

Su-30MKI qırıcı təyyarəsi Hindistanın qərbindəki Maharaştra ştatında qəzaya uğrayıb...

Poliqon xəbər verir ki. bu barədə NDTV telekanalı ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Xəbər bildirilir ki, təyyarədə olan iki pilot havaya qalxa bilsələr də, xəsarət alıblar. Qeyd olunur ki, təyyarə Hindistan Hərbi Hava Qüvvələrinin xidmətində olmayıb, təmirdən sonra sınaq uçuşu həyata keçirib.

Hadisə iyunun 4-də baş verib. NDTV-nin məlumatına görə, təyyarə Hindustan Aeronautics Limited tərəfindən təmir olunub. Bu şirkət Su-30MKI təyyarələrini Rusiyanın “Sukhoi Dizayn” Bürosu tərəfindən verilmiş lisenziya əsasında istehsal edir.

Qeyd edək ki, Su-30MKI iki yerlik yüksək manevr qabiliyyətinə malik qırıcıdır, raketlərdən istifadə etməklə hava, yer və yerüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

Poliqon.info