Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşəcək...

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Prezidentin köməkçisi Yuri Uşakov məlumat verib.

O, görüşün iyunun 5-də Sankt-Peterburqda baş tutacağını bildirib.

Qeyd edək ki, bu, uzun illərdir ki, TASS-ın Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil etdiyi ənənəvi tədbirdir.

Poliqon.info