Tramp prezidentlik kampaniyası üçün rekord məbləğ toplayıb

Donald Tramp may ayında seçki kampaniyası üçün rekord 300 milyon dollar toplayıb...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarının mayda onun təkrar seçki kampaniyasına rekord məbləğdə 300 milyon dollar ianə etdiyini açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə Tramp özünə məxsus olan “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

“Trampın prezidentlik kampaniyası üçün rekord məbləğ toplanıb. Tramp kampaniyası və digər Tramp tərəfdarı təşkilatlar təkcə may ayında təxminən 300 milyon dollar toplayıb. Bu rekorddur”, deyə siyasətçi yazıb.

Tramp həmçinin qeyd edib ki, 141 milyon dollar 2 milyon insanın kiçik ianələrindən gəlib, onların 25%-i ilk dəfə 2024-cü ildə kampaniyasına pul verib.

Poliqon.info