Ledi Qaqa ilk övladını gözləyir...

“The Sun” pabloidi Ledi Qaqanın hamilə imiş kimi iri qarınlı fotosunu dərc edib...

Poliqon xəbər verir ki, paparazzilər Ledi Qaqanın hamiləliyini açıqlayıb. Bu barədə “The Sun” nəşri material dərc edib.

Nəşr qeyd edir ki, məşhur amerikalı müğənni aktrisa bacısı Natali Qermanottanın Yorkda (Men) toyunda böyük qarınla fotosessiyaya çəkilib. 38 yaşlı aktrisa şənliyə dar qara mini paltarda gəlib. Nəşr yazır ki, estrada ulduzu ilk övladını gözləyir.

Müğənni sevgilisi Maykl Polanski ilə dörd ildir birlikdədir. Sənətçi həmçinin barmağında brilyant qaşlı nəhəng nişan üzüyü diqqət çəkib.

Hazırda müğənninin özünün dediyinə görə, o, bütün diqqətini yeni albom üzərində işləməyə cəmləyib.

Qaqanın sevgilisi “Parker Group” şirkətinə rəhbərlik edən 46 yaşlı maliyyə sahibkarıdır. Cütlük məclisdə tanış olub və bir neçə ay sonra sənətçi sosial şəbəkələrdə birlikdə olduqlarını elan edib.

Poliqon.info