ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq edəcək

ABŞ “Xarici agentlər haqqında” qanuna görə Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqlayıb...

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ölkə parlamentinin “Xarici agentlər haqqında” qanunu qəbul etməsi səbəbindən Birləşmiş Ştatlar Gürcüstana dərhal viza sanksiyaları tətbiq etmək niyyətindədir.

Poliqon xəbər verir ki, bununla belə, Millder Vaşinqtonun hələlik gələcək məhdudiyyətləri rəsmən açıqlamadığını qeyd edib.

“Biz sanksiyaları təqdim etməkdən çəkinməyəcəyimizi açıqlayırıq” deyə Miller brifinq zamanı bildirib. Sözçünün çıxışı ABŞ Dövlət Departamentinin YouTube kanalında yayımlanıb.

Metyu Miller qeyd edib ki, ABŞ “Xarici agentlər haqqında” qanunun qəbulundan narahatdır, çünki Amerika tərəfinin fikrincə, bu, Gürcüstanın demokratik yoldan sapmasına gətirib çıxaracaq.Miller həmçinin əlavə edib ki, ABŞ hazırda Gürcüstanla münasibətlərini təhlil edir və bu qanunun qəbuluna cavab olaraq hərəkət variantlarını nəzərdən keçirir.

Qeyd edək ki, Gürcüstan parlamenti mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yekun oxunuşda təsdiqləyib. Qərar ölkədə keçirilən minlərlə etiraza baxmayaraq qəbul edilib. Mayın 18-də Gürcüstan prezidenti Salome Zurabişvili qanuna veto qoyub, lakin mayın 28-də parlament onu ləğv etməyə nail olub. İyunun 3-də qanun qüvvəyə minib.

Poliqon.info