ABŞ dörd İran şirkətinə qarşı sanksiya tətbiq edib

Birləşmiş Ştatlar pilotsuz uçuş aparatlarının hazırlanmasına görə İranın dörd şirkətinə və bir fiziki şəxsə qarşı sanksiyalar tətbiq edərək Avropa Birliyinə qoşulub...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin departamentin saytında dərc olunmuş bəyanatında deyilir.

Bəyanata görə, hələ 2017-ci ilin iyulunda Amerikanın sanksiyalar siyahısına daxil edilmiş “Rayan Roshd Afzar” şirkəti ilə əlaqəli dörd qurum ABŞ məhdudiyyətlərinə məruz qalıb. Sanksiyalar həmçinin İran Aviasiya Sənayesi Təşkilatının (İran Müdafiə Nazirliyinin nəzarətindədir) rəhbərinə də tətbiq edilib. Metyu Millerin bəyanatında qeyd edilir ki, bu, Avropa İttifaqı və Birləşmiş Ştatların “İranın Yaxın Şərqdə sabitliyi pozan davranışı və terrorizmi dəstəkləməsi üçün sanksiyalar tətbiq etmək üçün yeni güclərdən” ilk dəfə istifadə etməsidir.

Aİ və ABŞ-ın məlumatına görə, İran tərəfindən istehsal edilən pilotsuz təyyarələr sonradan Rusiyaya, eləcə də İranın Yaxın Şərqdəki müttəfiqlərinə verilir.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Aİ İranın beş pilotsuz təyyarə şirkətinə qarşı sanksiya tətbiq edib. Bu, Ukrayna silahlı qüvvələrinin Rusiya ordusunun Rusiya istehsalı olan İran “Şahed” dronlarından istifadə etməsi barədə məlumat verməsindən sonra baş verib.

Poliqon.info