Meteohəssas insanların nəzərinə: Geomaqnit qasırğası proqnozlaşdırılır

31 may tarixində geomaqnit sahəsinin fəallığı qısamüddətli G1 səviyyəsinə yüksəlib. Hazırda Kp indeksi 2-yə bərabərdir və kosmik hava sakitdir...

Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, Günəş küləyinin iyunun 1-də baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsi iyunun 1-də baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə iyunun 4-də G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Poliqon.info