ABŞ senatoru nüvə müharibəsi riskin yüksək olduğunu açıqlayıb

Senator Vans: Baydenin qərarına görə ABŞ nüvə müharibəsinə doğru gedir...

ABŞ Senatının Ohayo ştatından üzvü Ceyms Devid Vens bildirib ki, Vaşinqton dövlət başçısı Co Baydenin Ukraynanın Rusiyaya Amerika silahları ilə zərbələr endirməsinə razılıq verməsi ilə bağlı qərarı ilə nüvə münaqişəsinə doğru gedir.

Poliqon xəbər verir ki, bu barədə siyasətçinin X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb.

Vansın fikrincə, nüvə müharibəsi riski hər zaman olduğundan daha çoxdur. Senator vurğulayıb ki, Bayden öz hərəkətləri ilə düşünmədən ABŞ-ı üçüncü dünya müharibəsinə aparır.

Poliqon.info