Tramp nüvə silahını bəşəriyyət üçün əsas təhlükə adlandırıb

Donald Tramp Baydenlə razılaşmayıb və nüvə silahlarını dünya üçün əsas təhlükə adlandırıb...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, hazırkı dövlət başçısı Co Baydenin hesab etdiyi kimi, dünya üçün əsas təhlükənin iqlim dəyişikliyi deyil, nüvə silahlarının olduğuna inanır

Poliqon xəbər verir ki, sabiq prezident bu barədə Amerikanın Fox News telekanalında danışıb.

Tramp, Baydenin ən böyük ekzistensial təhlükə adlandırdığı qlobal istiləşmənin belə olmadığını, ancaq nüvə silahından istifadənin miqyasının müzakirəyə belə ehtiyacı olmayan ziyana səbəb olacağını vurğulayıb.

Sabiq prezident qeyd edib ki, nüvə silahının tətbiqi nəticəsində bütün bəşəriyyətin tamamilə məhvi olacaq.

Poliqon.info