Çin mərkəzi dövlət qurumlarında iki Mİ6 casusunu müəyyən edib

Britaniya kəşfiyyatı MI6 Çin Xalq Respublikasının mərkəzi dövlət qurumlarının iki əməkdaşını əməkdaşlığa cəlb edib...

Poliqon xəbər verir ki, bu barədə Çin Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Reuters Agentliyixəbər verir ki, casusların Van və onun həyat yoldaşı Çjou adlı Çin vətəndaşı olduğu müəyyən edilib.

Van 2015-ci ildə mübadilə proqramı ilə Böyük Britaniyada təhsil alıb. Bu dövrdə o, Mİ6-nın gizli şəkildə təşkil etdiyi naharlara və ekskursiyalara dəvət olunub.

“O, yüksək maaşla yarım-ştat əsasında məsləhətçiliyə cəlb edilib. Bundan sonra MI6 çinliləri böyük bir mükafat qarşılığında Britaniya hökumətinə işləməyə dəvət etdi və o, razılaşdı. O, casusluq təhsili alıb və məlumat toplamaq üçün Çinə qayıdıb”, deyə Çin Dövlət Təhlükəsizlik Nazirliyi məlumatında qeyd edilir.

MI6 daha sonra cənab Vanı əsas hökumət departamentində işləyən həyat yoldaşını da əməkdaşlığa cəlb etməyi inandıra bilib.

Çin və Britaniya ilin əvvəlindən dəfələrlə casusluqla bağlı qarşılıqlı ittihamlar irəlü sürüblər.

Poliqon.info