Dəhşətli qəzada ağır yaralananlardan biri əsgər olub

İsmayıllıda minik avtomobilinin yük maşınına çırpılması nəticəsində iki qardaşdan birinin ölməsi və digərinin isə yaralanmasının təfərrüatı məlum olub...

Belə ki, yaralananlardan biri olan 2005-ci il təvəllüdlü Nurlan Dəmirov Azər oğlu hərbi xidmətdən məzuniyyətə buraxılıbmış.

Qeyd edək ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində, 2000-ci il təvəllüdlü Abuzər Azər oğlu Dəmirov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Onun qardaşı, 2005-ci il təvəllüdlü Nurlan Azər oğlu Dəmirov və 1989-cu il təvəllüdlü Müşfiq Rza oğlu Abbasov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı İctimai TV-nin süjetində:

Poliqon.info