Şəkidə evdə partlayış olub, xəsarət alanlar var

Şəki rayonunda yaşayış evində partlayış baş verib...

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Baş Göynük kəndində qeydə alınıb.

Belə ki, partlayış zamanı iki nəfər - 1946-cı il təvəllüdlü Seyidov Məhəmməd Mehralı oğlu və 1952-ci il təvəllüdlü Seyidova Güllü Həmid qızı yanıq xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info