Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Bakı metrosunda qatarların hərəkəti bərpa olunub...

Bu barədə Poliqon-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilir ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür. Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Qatarın yoluna düşən sərnişin xarici görkəminə görə 65-70 yaş arasıdır, kişidir.

***

Metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.

Bu barədə Poliqon-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.

Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.

***

"28 May" stansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşüb. Xətlərdə yubanma var”.

Bu barədə Poliqon-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O deyib ki, bu barədə əlavə məlumat veriləcək.

Poliqon.info