Şahmatçı Qarri Kasparov iki ilədək həbs edilə bilər

Müstəntiqlər şahmatçı Qarri Kasparova qarşı əcnəbi agentin vəzifələrindən yayınma maddəsi ilə cinayət işi başlada bilər...

APA xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir. Qeyd edək ki, şahmatçı Rusiya Federasiyasında xarici agent kimi tanınıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, hazırda cinayət işinin başlanması üçün bütün əsaslar var.

Hüquq-mühafizə orqanlarının nümayəndəsi onu da əlavə edib ki, cinayət işi başlansa, Kasparov iki ilədək həbs və ya cərimələnə bilər.

Martın 6-da şahmatçı Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxil edilib.

Poliqon.info