Hikmət Hacıyev qazaxıstanlı həmkarı ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almatıda Qazaxıstan prezidentinin köməkçisi Erjan Kazıxanla görüşüb...

"Həmkarım və dostum, Qazaxıstan Prezidentinin köməkçisi Erjan Kazıxanla Almatıda ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində qarşılıqlı fəaliyyətimizi və Orta Dəhlizin gələcək inkişafını müzakirə etdik", - Azərbaycan Prezidentinin köməkçisi "X" (keçmiş "Twitter") sosialı şəbəkəsində yazıb.

Poliqon.info