Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər

Türkiyəli tanınmış mütəxəssis Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər...

Məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 44 yaşlı məşqçi ilə danışıqlar aparır. Razılıq əldə olunarsa, o, yığmanın yeni baş məşqçisi olacaq.

Qeyd edək ki, Əmrə Bələzoğlunun son iş yeri başa çatan mövsümü 17-ci yeri tutaraq Superliqa ilə vidalaşan "Ankaragücü" komandası olub.

Poliqon.info