DİM imtahanında iştirak etməyəcək sürücüləri nə gözləyir? - Video

Xəbər verdiyimiz kimi, DİM taksi sürücülərini imtahan edəcək...

"Sürücülər isə keçirilən təlimlərlə bağlı fərqli düşünürlər. Kimi təlimlərin nəticə verməyəcəyini düşünür kimi isə buna ehtiyac olmadığını deyirlər"

Poliqon xəbər verir ki, proseslə bağlı Dövlət İmtahan Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib ki, təlimdə iştirak etməyənlər sürücü faəliyyəti ilə məşğul ola bilməyəcəklər.

Bundan başqa, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları həyata keçirən operatorun məsul şəxslərinin, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməsi nəzərdə tutulur. Bunun nəticələrinin qiymətləndirilməsi də Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq. AYNA-da təlimin detallarını açıqlayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Poliqon.info