Göygölə güclü yağışdan sonra dolu düşüb

Qeyri-sabit hava şəraiti nəticəsində Göygöl rayonuna dolu düşüb...

APA-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarında güclü yağışdan sonra rayonun Aşıqlı kəndinə və ucqar kəndlərə dolu yağıb.

5-10 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib. Bundan başqa dolu Gəncənin Hacıkənd qəsəbəsində yağıb.

Qeyd edək ki, hazırda ölkənin qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Poliqon.info