Naxçıvana yeni səhiyyə və təhsil nazirləri təyin edilib  

Naxçıvan Muxtar Respublikasına yeni səhiyyə və təhsil nazirləri təyin edilib...

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədr müavini Anar İbrahimov qərarlar imzalayıb.

Qərara əsasən, səhiyyə naziri bu vəzifəni müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıxov, təhsil naziri isə bu postu müvəqqəti icra edən Elxan Nəcəfov təyin olunub.

Poliqon.info