İŞİD-çi azərbaycanlının İraq ordusuna “Hummer“lə kamikadze hücumu

“Əbu Abdullah əl-Azərbicani” ləqəbli azərbaycanlı kamikadze ötən gün İraqın Səlahəddin əyaləti ərazisində terror aktı törədib
Bu barədə salamnews “İslam Dövləti” (İŞİD) terror təşkilatı üzvlərinə məxsus "Twitter" səhifələrinə istinadla xəbər verir.Sosial şəbəkədə yerləşdirilmiş məlumata əsasən, İraqın Səlahəddin əyalətində ordu qüvvələri Beyci şəhəri istiqamətində irəliləyərkən əl-Həmrə adlanan bölgədə əsgərlərə qarşı kamikadze əməliyyatı həyata keçirilib. Əməliyyatı "Əbu Abdullah əl-Azərbicani" ləqəbli bir "mücahid"in içərisində iki ton partlayıcı olan “Hummer” hərbi maşınını parlatmaqla həyata keçirdiyi bildirilir.Mənbələr kamikadze əməliyyatı nəticəsində ordunun dörd hərbi texnikasının sıradan çıxdığı və bir neçə əsgərin öldüyünü yazıblar.Xatırladaq ki, “İslam Dövləti” üzvləri cari ilin iyul ayının 20-də də "Əbu Abdullah əl-Azərbicani" ləqəbli bir şəxs tərəfindən Tikrit-Samirra yolunda kamikadze əməliyyatının həyata keçirildiyini bildirib.