NATO: London heç vaxt Kiyevin Rusiyaya hücum ehtimalını məhdudlaşdırmayıb

Bəzi NATO-ya üzv ölkələr heç vaxt Ukraynaya verilən silahların istifadəsinə məhdudiyyət qoymayıb..

Poliqon xəbər verir ki, bu açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

Onun sözlərinə görə, xüsusilə, Böyük Britaniya heç vaxt Rusiya ərazisinə uzaqmənzilli "Storm Shadow" raketləri ilə hücumların mümkünlüyünü məhdudlaşdırmayıb.

Xatırladaq ki, Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının regionlarına hücumlar üçün Britaniya sursatlarından istifadə etdiyi təsdiqlənib.

Bundan əvvəl Ukraynanın strateji sənayelər nazirinin müşaviri Yuri Sak bildirib ki, Britaniya Ukraynaya Rusiyadakı hədəfləri vurmaq üçün tədarük etdiyi "Storm Shadow" raketlərindən istifadə etməyə icazə verib, Kiyev isə artıq bu silahlardan istifadə edib. 

"Bizim artıq bir presedentimiz var, Böyük Britaniya artıq onun tərəfindən təmin edilən "Storm Shadow" raketlərinin istifadəsinə icazə verib", deyə Yuri Sak bildirib.

Ötən gün "Politico" qəzeti mənbələrə istinadən yazıb ki, Co Bayden administrasiyası Ukraynaya gizli şəkildə Rusiyadakı Xarkov yaxınlığında yerləşən hədəflərə Amerika silahları ilə zərbələr endirmək icazəsi verib. Nəşrin mənbəsinin sözlərinə görə, Rusiyanın dərinliklərində uzaq məsafədən zərbələrə qoyulan qadağa dəyişməyib.

"Washington Post" isə Ağ Ev rəsmisinə istinadən yazıb ki, ABŞ Ukrayna ordusuna ölkəni təhdid edərsə, Rusiya ərazisi üzərindəki hədəfləri məhv etmək üçün Amerika hava hücumundan müdafiə avadanlıqlarından istifadə etməyə icazə verib.

Poliqon.info