İlan Şor Moldova vətəndaşlığından məhrum edilə bilər

Moldova müxalif siyasətçisi və "Qələbə" blokunun liderlərindən biri olan İlan Şor Rusiya pasportu aldığı məlum olduqdan sonra Moldova vətəndaşlığından məhrum edilə bilər...

Poliqon xəbər verir ki, siyasətçi bu barədə "RİA Novosti"yə müsahibəsində bildirib.

"Onlar hər şeyi edə bilərlər. Bu gün məni vətəndaşlıqdan məhrum edə bilərlər. Bura qanunsuzluq ərazisidir. Bu məni qorxutmur, çünki biz onu tezliklə geri alacağıq", deyə Şor bildirib.

O qeyd edib ki, müxalif "Qələbə" blokunun nümayəndələrinin Rusiya vətəndaşlığı tələbi ilə Rusiya Federasiyasına müraciət etmək planları barədə məlumatı yoxdur.

"Əminəm ki, tək bir ideologiyanı təbliğ edən insanlar üçün bu, tamamilə normaldır. Bu, mənim üçün məntiq çərçivəsində olan bir mövqedir", deyə siyasətçi qeyd edib.

Qeyd edək ki, İlan Şor mayın 16-da Rusiya pasportu aldığını elan edib.

Aprelin sonunda Moldovanın müxalifət partiyaları Moskvada keçirilən forumda prezident seçkiləri və 2024-cü ilin payızında Moldovada Avropa İttifaqına üzv olmaq üzrə referendum ərəfəsində "Qələbə" adlı siyasi blok yaradıblar. Blok iştirakçıları dövlət başçısı vəzifəsinə vahid namizəd irəli sürmək, Rusiya Federasiyası və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələri inkişaf etdirmək, Kişinyovun təzyiqlərinə qarşı mübarizə aparmaq niyyətindədir.

Poliqon.info