Taker Karlson: Tramp öldürülməsə, seçkilərin qalibi olacaq...

Jurnalist Donald Trampa qarşı verilən hökmü ədalətin sonu adlandırıb...

Jurnalist Taker Karlson bildirib ki, münsiflər heyətinin ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Trampı təqsirli bilməsinə dair hökm Amerika ədalətinin sonu deməkdir.

Poliqon xəbər verir ki, jurnalist bu barədə X sosial şəbəkəsində yazıb. Karlsonun fikrincə, Tramp hələ “öldürülməsə” noyabrda Ağ Evə keçiriləcək seçkilərdə qalib gələcək.

“Bu, Trampı dayandırmayacaq, o, öldürülməsə, seçkidə qalib gələcək”, deyə Taker Karlson yazıb.

Jurnalistin fikrincə, Trampın başına gələnlər “dünyanın ən ədalətli ədliyyə sisteminin ömrünün sonu”dur.

“Bu hökmü əsaslandıracaq hər kəs sizin və ailəniz üçün təhlükədir” deyə Karlson əlavə edib.

Qeyd edək ki, mayın 30-da Nyu-York məhkəməsinin münsiflər heyəti Trampı keçmiş porno aktrisa Stormi Danielsə ödənişlərlə bağlı “Trump Organization”dan maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirli bilib. Eks-prezident 34 ittihamın 34-ü üzrə də təqsirli bilinib.

Poliqon.info