Bayden Rusiyaya Amerika silahları ilə zərbələr endirməyə icazə verib

Rusiya ordusunun Xarkov bölgəsinə hücumu ilə əlaqədar ABŞ hakimiyyəti Ukraynaya hücumları dəf etmək üçün “çeviklik nümayiş etdirməyə” icazə verib...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, ABŞ administrasiyası gizli şəkildə Ukrayna Silahlı Qüvvələrinə ancaq Xarkov ərazisindən Amerika silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib. Pentaqon və Dövlət Departamenti məlumatı rəsmən təsdiqləməyib.

“ABŞ prezidenti bu yaxınlarda öz komandasına Ukraynanı Xarkovdakı hücumlara qarşı mübarizə aparmaq üçün Amerika silahlarından istifadə etmək bacarığı ilə təmin etməyi tapşırıb ki, Ukrayna Rusiya qüvvələrinə zərbə endirən və ya vurmağa hazırlaşanlara cavab verə bilsin”, deyə adı açıqlanmayan amerikalı məmur bildirib.

Eyni zamanda rəsmi Vaşinqtonun Rusiyanın dərinliklərinə zərbələr endirmək qadağasının qüvvədə qalacağını bildirib.

Poliqon.info