Slovakiyanın baş naziri Fiko xəstəxanadan evə buraxılıb

Slovakiyanın baş naziri Robert Fiko sui-qəsd cəhdindən sonra xəstəxanaya yerləşdirildiyi Banska Bystrica xəstəxanasından Bratislavadakı evinə köçürülüb...

Poliqon xəbər verir ki, bu barədə yerli “Dennik N” portalı məlumat yayıb.

Portalın mənbələri bildirib ki, baş nazir müalicəsini evdə davam etdirəcək. Onun tam sağalmasının nə qədər vaxt aparacağı açıqlanmır. Siyasətçinin evinin ətrafında mühafizəçilər və polis patrulları gücləndirilib.

Xatırladaq ki, mayın 15-də Fiko bir neçə güllə yarası alıb və həmin gün əməliyyat olunub. Atəş açan, hadisə yerində saxlanılan 71 yaşlı yazıçı Juraj Çintula hərəkətini siyasi səbəblərlə izah edib. Onu ömürlük həbs cəzası gözləyir.

Mayın 25-də həkimlər şurası baş nazirin səhhətində yaxşılaşma olduğunu qeyd edib.

Poliqon.info