Çin İsveçrədə Ukrayna üzrə sülh konfransında iştirak etməyəcək

Çin hakimiyyəti iyunda İsveçrədə keçiriləcək Ukrayna üzrə sülh konfransında iştirak etməyəcəklərini təsdiqləyib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi dörd mənbəyə istinadən məlumat verib. Agentlik xəbər verir ki, Pekin dəvəti qəbul etməyib, çünki tədbirdə iştirak etmək üçün Çinin şərtləri yerinə yetirilməyib. Məlumatda hansı şərtlərin müzakirə olunduğu açıqlanmır.

Qeyd edək ki, sammit 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində baş tutacaq. Bu konfransa 160 ölkədən və beynəlxalq birliklərdən nümayəndə heyətləri dəvət olunub, lakin münaqişənin tərəfi olan Rusiya dəvət almayıb. Ukrayna tədbirə ABŞ prezidenti Co Baydeni və Çin dövlət başçısıSi Tsinpini dəvət edib. Çin Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, onlar həm Rusiya Federasiyası, həm də Ukrayna tərəfindən tanınacaq sülh konfransının tərəfdarıdır.

Poliqon.info