Donald Tramp Ağ Evi həbsxanadan idarə edən ilk ABŞ prezidenti ola bilər...

Tramp tarixdə cinayət törətməkdə təqsirli bilinən ilk ABŞ prezidenti olub və onu 4 il həbs cəzası gözləyir...

Amerika tarixində ilk dəfə olaraq Ağ Evin keçmiş rəhbəri cinayət törətməkdə təqsirli bilinib.

Poliqon xəbər verir ki, Nyu-York məhkəməsinin münsiflər heyəti yekdilliklə ABŞ-ın keçmiş prezidenti Donald Trampı keçmiş pornoaktrisa Stormi Danielsə ödənişləri gizlətmək üçün sənədləri saxtalaşdırmaqda təqsirli bilib.

Beləliklə, 5 noyabr 2024-cü il seçkilərindən sonra yenidən Amerikaya rəhbərlik etmək əzmində olan Tramp tarixdə cinayət törətməkdə təqsirli bilinən ilk ABŞ prezidenti olub. Nyu-York məhkəməsinin hakimi Xuan Merçan hökmü iyulun 11-də elan edəcək. Bpyük səs-küylü hadisə Donald Trampın ABŞ prezidentliyinə namizəd kimi rəsmən elan edilməli olduğu Miluokidə Respublikaçılar Partiyasının qurultayına bir neçə gün qalmış baş verəcək.

Qeyd edək ki, Tramp 2016-cı il prezident seçkilərindən əvvəl porno aktrisa Stormi Danielsə 130 min dollar ödəyərək seçki sənədlərini saxtalaşdırmaqda ittiham olunurdu. Bu cinayət işi iləbağlı ittiham olunan Donald Tramp Nyu-Yorkun Andlılar Məhkəməsinin Münsiflər Heyti tərəfindən yekdilliklə bütün 34 maddə üzrə təqsirli bilinib. Tramp tarixdə cinayət törətməkdə təqsirli bilinən ilk ABŞ prezidenti olub və onu 4 il həbs cəzası gözləyir.

Maraqlıdır ki, gizli ödənişin özü ABŞ-da qeyri-qanuni hesab edilmir, lakin ödəniş elə bir şəkildə həyata keçirilib ki, prokurorlar bunu biznes qeydlərinin saxtalaşdırılması kimi qiymətləndiriblər.

“Bu, saxta, biabırçı bir proses idi. Vətəndaşlar əsl hökmü noyabrın 5-də verəcəklər. Onlar burada nə baş verdiyini bilirlər və burada nə baş verdiyini hamı bilir. Mən günahsız adamam.. Mən ölkəmiz üçün döyüşürəm. Mən konstitusiyamız üçün mübarizə aparıram”, deyə eks-prezident məhkəməni tərk edərkən jurnalistlərə bildirib.

Poliqon.info