Qaradağda 37 yaşlı kişi özünü yandırıb - Video

Gecə saatlarında Qaradağ rayonu Lökbatan qəsəbəsində içkili kişi polisi və həkimləri ayağa qaldırıb
APA TV-nin məlumatına görə, hadisə qəsəbənin 20 Yanvar küçəsi, ev 30 ünvanında qeydə alınıb. Qaradağ Rayonu İcra Hakimiyyətində təsərrüfat işləri üzrə sürücü işləyən 37 yaşlı Qüdrət Mahmudov evə içkili gələrək həyat yoldaşı Cəmalə Mahmudova ilə mübahisəyə başlayıb. Daha sonra Qüdrət Mahmudov içkinin təsirindən evdəki benzini üstünə tökərək özünü yandırıb. Səs-küyə gələn qonşular çətinliklə də olsa, Qüdrət Mahmudovun üstünə su tökərək yanğını söndürüblər. Yaralı ağır vəziyyətdə 5 saylı xəstəxananın reanimasiya şöbəsinə çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, hazırda onun vəziyyəti qeyri-kafidir. Bundan sonra hadisə baş verən ünvana Qaradağ Rayon Prokurorluğu və polis idarəsinin əməkdaşları gəliblər. Araşdırmalar davam edir.