"Qarabağ"ın futbolçusu Çempionlar Liqasında ilk iki oyunu buraxacaq

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev növbəti mövsüm UEFA Çempionlar Liqasında ilk iki oyunu buraxacaq.

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

23 yaşlı cinah müdafiəçisi ötən mövsüm Avropa Liqasında aldığı qırmızı vərəqələrə görə mövsümün əvvəlində komandasına yardımçı ola bilməyəcək.

Cəfərquliyev Bakıda "Braqa"ya qarşı keçirdikləri pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) meydandan qovulmuşdu.

Oyunçu Bakıda Almaniyanın "Bayer 04" klubuna qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana çıxmışdı və Leverkuzendəki matçda da qırmızı vərəqə almışdı. Müdafiəçi buna görə də bir matçlıq diskvalifikasiya ilə üzləşib.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında I və ya II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bu, qitənin bir nömrəli klub turnirinin final matçından sonra bəlli olacaq.

Poliqon.info