HƏMAS Qəzza banklarından 108 milyon dollar oğurlamaqda ittiham edilir

HƏMAS hərəkatının üzvləri Qəzza zolağında yerləşən banklardan 400 milyon şekeldən çox maliyyə vəsaiti (təxminən 108,04 milyon ABŞ dolları) oğurlayıblar...

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Avixay Edri "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"HƏMAS müharibə zamanı maliyyə çətinlikləri ilə üzləşib və onun üzvləri Qəzzada yerləşən Fələstin Bankının filiallarından 400 milyon şekeldən çox maliyyə vəsaiti oğurlayıblar", - bunu HƏMAS-ın yüksəkrütbəli rəsmisinin yazdığı sənəd də təsdiqləyir".

Edrinin qeyd etdiyi kimi, İsrail Müdafiə Qüvvələri Fələstin Bankının filial və qərargahından ən azı üç pul oğurluğu hadisəsindən xəbərdardır.

Poliqon.info