Avropada təhlükəli vəziyyət: Canavar gənələri yayılır

"Canavar gənələri" (Hyalomma cinsindən olan qansoran gənələr) Avropada yayılır...

Poliqon xəbər verir ki, bu barədə "The Sun" qəzeti alimlərin araşdırmalarına istinadən yazır.

Bu tip gənə Krım-Konqo hemorragik qızdırmasının daşıyıcısı ola bilər. 

"Qorxular var ki, ölümcül xəstəlik daşıyan qansoran parazitlər bütün Avropaya yayıla və ciddi problemə səbəb ola bilər", deyə qəzet yazıb.

Əvvəlcə, böyük və aqressiv gənələr Avropada onilliklər ərzində tropik iqlimi olan ərazilərdə, o cümlədən Afrika və Cənub-Şərqi Asiyada yaşayırdılar. Lakin son illər alimlər parazitləri Avropa ölkələrinə vəhşi heyvanların, o cümlədən dovşanların daşıdığını bildirirlər.

"Hyalomma xüsusilə İspaniya, Balear adaları və İtaliyanın cənubunda geniş yayılıb. Böyük Britaniya, Portuqaliya, Sardiniya, Maltada da tapılıb, son vaxtlar Almaniyada, İsveçdə, eləcə də İtaliyanın şimal bölgələrində də aşkarlanıb", deyə nəşr vurğulayır.

Qəzetin yazdığına görə, bu ayın əvvəlində polşalı ekspertlər vətəndaşlara gənənin tezliklə Polşa sərhədlərinə çata biləcəyi barədə xəbərdarlıq ediblər.

Poliqon.info