Xamenei amerikalı tələbələrə müraciət edib, Mayk Conson cavab verib

İranın ali dini lideri Ayətullah Əli Xamenei İranın ali dini lideri Ayətullah Əli Xamenei amerikalı universitet tələbələrinə müraciət edib...

Poliqon xəbər verir ki, dini lider tələbələrin Fələstin xalqının müdafiəsində tutduqları mövqeləri yüksək qiymətləndirib

"Mən bu məktubu oyanmış vicdanı onları Qəzzanın məzlum qadın və uşaqlarının müdafiəsinə qalxmağa vadar edən gənclərə yazıram. Siz Müqavimət Cəbhəsinin bir qolunu yaratdınız və qəsbkar və qəddar sionist rejimini açıq şəkildə dəstəkləyən hökumətin amansız təzyiqləri qarşısında şərəfli mübarizəyə başladınız", deyə məktubda qeyd edilir.

Xamenei həmçinin Amerika universitetlərində professorların dəstəyini və həmrəyliyini qeyd edib:

"Bu, hökumətinizin polis vəhşiliyi və sizə göstərdiyi təzyiqlər qarşısında bir qədər rahatlıq verə bilər".

"Mən də siz gənclərə rəğbət bəsləyənlərdənəm və səbrinizi qiymətləndirənlərdənəm", deyə Ayətullah əlavə edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson məktuba cavab verib. O, sosial şəbəkələrdə yazıb: "Ayətullahın diqqətini qazandığınız zaman Amerikanı da itirdiniz".

7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan etdi: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 36 mindən çox insan həlak olub, 81 mindən çox insan yaralanıb.

Poliqon.info