Rəfahda iki Qızıl Aypara əməkdaşı həlak olub

İsrail ordusunun Rafahın qərbində təcili yardım maşınını vurması nəticəsində Fələstin Qızıl Aypara Cəmiyyətinin iki həkimi həlak olub...

Poliqon xəbər verir ki, bu barədə humanitar təşkilat sosial şəbəkələrdə məlumat yayıb.

“Fələstinli Qızıl Ayparanın həkimləri Haysam Tubasi və Suhail Hassuna İsrail işğalçı qüvvələrinin Rəfahın qərbində, Təl Əl-Sultan bölgəsində Fələstin Qızıl Ayparasının təcili yardım maşınına humanitar vəzifəsini yerinə yetirərkən birbaşa zərbə endirməsi nəticəsində həlak olublar”, deyə Qızıl Aypara Cəmiyyəti X-in sosial şəbəkədəki səhifəsində bildirib..

Qeyd edək ki, mayın 26-da Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin Rafahın şimal-qərbindəki köçkünlər düşərgəsinə hücumundan sonra çoxsaylı itkilər barədə məlumat verib. Fələstin Mülki Müdafiə Departamentinin məlumatına görə, hücum nəticəsində azı 40 nəfər həlak olub, onlarla insan yaralanıb.

İsrail hərbçiləri hücumun mülki şəxslərə zərər vermək məqsədi daşımadığını, zərbə nəticəsində yanacaq çəninin alışdığını və qaçqın düşərgəsini əhatə edən yanğın baş verdiyini bildirib. İsrail hərbi prokurorluğu hava hücumu ilə bağlı istintaqa başlayıb. İsrailin baş naziri Benyamin Netanyahu baş verənləri “faciəvi hadisə” adlandırıb.

Poliqon.info