Lavrov Ukrayna üzrə danışıqların əsas prinsipləri açıqlayıb

Rusiyanın xarici işlər naziri: Ukrayna ilə bağlı razılaşmalar yerlərdə reallıqlara əsaslanmalıdır...

Ukrayna münaqişəsinin həllinə dair gələcək sazişlər bərabər və bölünməz təhlükəsizlik prinsipinə əsaslanmalı, həmçinin “yerdəki reallıqları” nəzərə almalıdır.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Danışıqlar təhlükəsizliyin və yerlərdə reallıqların dəyişməzliyi prinsipinə əsaslanmalıdır", deyə nazir Ukrayna ətrafında vəziyyətin siyasi nizamlanması prosesini sürətləndirmək imkanının olub-olmaması ilə bağlı suala cavab olaraq bildirib.

Qeyd edək ki, mayın 24-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara qayıtmağa hazırdır, lakin bu, yalnız “yerdəki bugünkü reallıqlara əsaslanaraq” edilə bilər.

Poliqon.info