Taliban Ukrayna böhranı ilə bağlı Rusiyanın mövqeyini dəstəkləyir

Taliban hərəkatının nümayəndələri Rusiyanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəstəkləyir...

Poliqon xəbər verir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov “Soloviev Live” telekanalının efirində bildirib.

“Onlar Ukrayna böhranı ilə bağlı Rusiyanın mövqeyini açıq şəkildə dəstəkləyirlər. Onlar bu prosesin səbəb və nəticələrini anlayırlar, ruhən və sözlə bizim tərəfimizdədirlər”, deyən diplomat əlavə edib ki, Taliban ya onunla, ya da Rusiyanın Kabildəki səfiri ilə təmaslarda öz mövqeyini bildirir.

Qeyd edək ki, Taliban Rusiyada qadağan olunmuş terror təşkilatı kimi tanınır.

Poliqon.info