Castin Trüdo: Rafahda dinc sakinlərin ölümü bizi dəhşətə gətirir...

Kanada hakimiyyəti İsrailin Rəfah bölgəsinə endirdiyi zərbənin nəticələrindən dəhşətə gəlir, həmçinin İsrailin bu şəhərdəki hərbi əməliyyatına qarşıdır...

Poliqon xəbər verir ki, bunu jurnalistlərə Kanadanın baş naziri Castin Trüdo deyib.

"İsrailin Rafahda dinc sakinlərin ölümünə səbəb olan zərbələri bizi dəhşətə gətirir. Kanada heç bir şəkildə İsrailin Rəfahdakı hərbi əməliyyatlarını dəstəkləmir", deyə hökumət başçısı bildirib.

Trudeau qeyd edib ki, Qəzza zolağında gördüyümüz genişmiqyaslı insan əzabları dayandırılmalıdır. O, həmçinin münaqişə tərəflərini atəşkəsə çağırıb və Fələstin anklavına çatan humanitar yardımın həcminin artırılmasının vacibliyini bəyan edib.

Qəzzanın səhiyyə nazirliyi daha əvvəl bildirmişdi ki, mayın 26-da İsrail qüvvələrinin hücumu nəticəsində Rəfah bölgəsində azı 21 nəfər ölüb, 64 nəfər yaralanıb. "Al Mayadeen" telekanalının məlumatına görə, hücum Rəfahın qərbindəki əl-Məvasi humanitar zonasında çadır düşərgələrini hədəf alıb. Daha əvvəl telekanal şəhərin bələdiyyə binası ərazisində İsrail əsgərləri ilə Fələstin müqavimət qüvvələri arasında toqquşma barədə məlumat vermişdi. İsrail Müdafiə Qüvvələri mətbuatın əl-Məvasi humanitar zonasına zərbə endirilməsi ilə bağlı xəbərləri təkzib edib.

Poliqon.info