Paşinyan müxalifəti dəf etmək üçün silahlə dəstə yaradıb?

“Hraparak”: Ermənistanın baş naziri hakimiyyəti saxlamaq üçün hər şeyə hazırdır...

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyəti saxlamaq üçün ən inanılmaz addımları atmağa hazırdır.

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Bəzi məlumatlara görə, “Vətən Naminə” hərəkatı yaxın vaxtlarda genişlənəcəyi təqdirdə, onun tərəfdarlarına qarşı qrupların yaradılması, təxribatların və əks tədbirlərin görülməsi məsələsini hakimiyyətin ən yüksək eşelonları müzakirə edir”, deyə qəzet yazır.

Nəşr qeyd edir ki, hakimiyyət bunu 2020-ci ilin noyabrında edib. İddiaya görə Paşinyanın komandası “İnqilab Keşikçiləri” adlı dəstəni silahlandırararq etiraz dalğası səngiyənə və təhlükə zərərsizləşdirilənə öz daçalarında məskunlaşdırıb.

Bildirilir ki, Paşinyan son 3-4 ildə polislərin sayını da kəskin artırıb.

“Təsadüfi deyil ki, dünən hakim “Mülki müqavilə” partiyasından olan deputat Armen Xaçatryan vətəndaş qarşıdurmalarından danışıb. O, sosial şəbəkələrdə yazıb: “Müxalifətin “müqəddəs hərəkatı”nın bu cür davranış tərzi vətəndaş qarşıdurması üçün real risklər yaradır. Biz vətəndaşlarımızın səbrini sınaya bilmərik”, deyə nəşr yazır.

Poliqon.info