Bayden sülh sammitinə qatılacaq? - Zelenskinin müraciətinə cavab...

Hazırda ABŞ prezidenti Co Baydenin İsveçrədə Ukrayna sammitində iştirakı ilə bağlı konkret məlumat yoxdur...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer açıqlama verib.

Ağ Ev rəsmisi brifinq zamanı Ukrayna lideri Volodimir Zelenskinin tədbirdə iştirakla bağlı ABŞ prezidentinə müraciətinə münasibət bildirib.

"Bu gün sizinlə bölüşəcək konkret bir məlumatım olmasa da, deyə bilərəm ki, biz fəal iştirak edəcəyik, bu sammitlə bağlı hər şeyi edirik", detə AĞ Ev təmsilçisi bildirib.

Daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Xarkovdan video çəkib, orada ABŞ prezidenti Co Bayden və Çin lideri Si Szinpinə müraciət ünvanlayıb. Ukrayna lideri hər iki dövlət başçısını sülh sammitinə qatılmağa və qlobal səylərə liderlik etməyə çağırıb.

Ağ Ev təmsilçisinə həmçinin NATO-nun baş katibi Yens Stoltenberqin Kiyevin Qərb silahları ilə Rusiyadakı hədəfləri vurmasına icazə verilməli olduğu barədə bəyanatı ilə bağlı sual verilib. Karin Jean-Pyer bildirib ki, Birləşmiş Ştatlar Ukrayna münaqişəsinin hər hansı formada gərginləşməsini istəmir. O, bu vəziyyəti şərh edə bilməyəcəyini bildirib.

Ağ Ev nümayəndəsi Vaşinqtonun Şimali Atlantika Alyansındakı müttəfiqlərinə və Ukraynanı dəstəkləyən 50-dən çox ölkəyə minnətdar olduğunu vurğulayıb. karin Jean-Pyer əlavə edib ki, Kiyev ölkənin müdafiəsi üçün lazım olan hər şeyə malik olmalıdır.

Poliqon.info