Ukrayna və Portuqaliya təhlükəsizlik sazişi imzalayıblar

Lissabonda Ukrayna prezidenti Vladimir Zelenski və Portuqaliyanın baş naziri Luis Monteneqro təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayıblar...

Poliqon xəbər verir ki, Ukrayna prezidentinin ofisindən verilən məlumata görə, sənəd 10 il müddətinə nəzərdə tutulub. Yalnız 2024-cü ildə razılaşmaya əsasən, Ukrayna Portuqaliyadan ən azı 126 milyon avro hərbi yardım alacaq.

Danışıqlar nəticəsində Portuqaliya da Ukraynanı F-16 qırıcıları ilə təchiz etmək üzrə beynəlxalq koalisiyada və iri çaplı döyüş sursatlarının alınması proqramında iştirakını təsdiqləyib.

“Portuqaliyanın dəstəyini həqiqətən yüksək qiymətləndiririk. Bu, həqiqətən də, Ukrayna və ukraynalılar üçün şərəfdir - bu gün Portuqaliyada bizi necə qarşıladılar”, deyə Vladimir Zelenskinin Telegram kanalında qeyd edilir.

“Ukrayna Prezidentinə, mən də təsdiq etmək istəyirəm ki, Portuqaliya sülhə yönəlmiş görüşdə iştirak etmək üçün mümkün qədər çox ölkəni səfərbər etmək və həvəsləndirmək üçün bütün səviyyələrdə bütün səyləri və bütün əlaqələri davam etdirəcək” deyə Luis Monteneqro. danışıqların nəticəsi olaraq mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir gün əvvəl Vladimir Zelenski Belçikaya, ondan əvvəl isə İspaniyaya səfər edib. Ukrayna prezidenti ölkələrin liderləri ilə görüşüb və təhlükəsizlik sazişi imzalayıb.

Ukrayna ilə eyni müqavilələri daha əvvəl Almaniya, Danimarka, Fransa, İtaliya, Finlandiya, Hollandiya və Latviya imzalayıb.

Poliqon.info