NATO Zelenskidən Ukraynanın alyansa üzv olmasını tələb etməməyi xahiş edib...

Ukraynanın müttəfiqləri prezident Vladimir Zelenskidən “mümkün olmayanı” tələb etməməyi və NATO üzvlərinə ölkənin alyansa daxil olma vaxtı ilə bağlı təzyiq göstərməməyi xahiş ediblər...

Poliqon xəbər verir ki, bu barədə The Telegraph qəzeti mənbələrə istinadən məlumat yayıb. Qəzet yazır ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi yaxın gələcəkdə alyansın Rusiya ilə münaqişəyə cəlb olunması qorxusundan irəli getməyəcək.

Nəşr qeyd edir ki, ABŞ və Almaniya, xüsusən də Ukraynanın NATO-ya daxil olma vaxtının dəqiqləşdirilməsinin və bu prosedurun sürətləndirilməsinin əleyhinədirlər. Eyni zamanda, Böyük Britaniya, Litva və Fransa NATO-nun iyul sammitinin yekun sənədində hansısa formada “dəvət” sözünün olmasında israr edirlər.

The Telegraph yazır ki, indi müttəfiqlər razılığa gəliblər ki, iyulda keçiriləcək sammitdə bu prosesə dəstək əlaməti olaraq Ukraynanın NATO-ya daxil olması üçün yol xəritəsini təsdiq edəcəklər. “Bu dəvət deyil, lakin bu, buna ən yaxın addımdır”, - deyə adı açıqlanmayan diplomat bildirib.

Xatırladaq ki, 30 sentyabr 2022-ci ildə Vladimir Zelenski Ukraynanın sürətləndirilmiş şəkildə NATO-ya daxil olması üçün ərizə verildiyini elan edib. 2023-cü ilin iyulunda Viliunsda keçirilən NATO sammitində alyans üzvləri Ukraynanın üzvlüyünü sadələşdirməyə razılaşıblar. NATO-nun baş katibi Yens Stoltenberq etiraf edib ki, Vaşinqtonda keçiriləcək sammitdə üzvlük razılaşması əldə olunmayacaq.

Poliqon.info