Qəzzada 30 Qızıl Aypara əməkdaşı həyatını ititrib

Qəzza müharibəsi başlayandan bəri Qızıl Aypara Cəmiyyətinin 30 əməkdaşı bombardmanlarda həlak olub...

Poliqon xəbər veror ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatında bildirilir. Təşkilatın məlumatına görə, Qəzza zolağında müharibə başlayandan bəri Fələstin Qızıl Aypara Cəmiyyətinin (PRSC) 30 əməkdaşı həlak olub. Onlardan 17-si xidməti vəzifələrini yerinə yetirərkən dünyasını dəyişib.

“Əl-Qüds xəstəxanasında işləyən Fələstin Qızıl Aypara Cəmiyyətinin əməkdaşı Sam Ruhi Məhəmməd Akel mərkəzi bölgədə yerləşən Əl-Bureyc qaçqın düşərgəsindəki evinə hücum zamanı öldürülüb”, Fələstin Qızıl Aypara Cəmiyyəti X sosial mediasında yazıb.

Mayın 27-də Al Jazeera və Al Mayadeen telekanalları İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının mərkəzi hissəsində yerləşən “Əl-Bureyc” qaçqın düşərgəsinə hücum etdiyini bildirib. Media ən azı iki nəfərin öldüyünü bildirib. İDF bu məlumatı şərh etməyib.

BMT-nin məlumatına görə, Qəzza zolağında hərbi əməliyyatlar başlayandan 2024-cü ilin aprel ayına qədər ən azı 200 könüllü öldürülüb, onlardan 30-u vəzifəsini yerinə yetirərkən həlak olub. Xüsusilə, aprel ayında təşkilatın konvoyuna İDF-nin hücumu nəticəsində anklavda “World Conflict Kitchen” adlı yeddi könüllü həlak olub.

Poliqon.info