Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirilir

APA-nın Tbilisi müxbiri xəbər verir ki, etirazçılar bir qədər əvvəl Rustaveli prospektində avtomobillərin hərəkətini məhdudlaşdırıblar. Əraziyə çox sayda polis xüsusi təyinatlıları cəlb edilib, parlament binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Aksiyaçılar hazırda hakim partiya və "xarici təsir" qanunu əleyhinə müxtəlif şüarlar səsləndirirlər. Parlament binasının yaxınlığındakı Azadlıq meydanın su şırnağı maşınları, çox sayda avtobuslarla zirehli polis dəstələri gətirilib.

Əraziyə toplananların sayı artmaqdadır.

Poliqon.info